Ana səhifə / Xidmətlər / Təlim və inkişaf

Təlim və inkişaf

Təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ekspert seçiminə, təşkilatdan nəticələrin qiymətləndirilməsinə qədər hər mərhələdə dəstək.

Layihənizi müzakirə edək ↗
ÜMUMİ BAXIŞ

Təlim ehtiyacından ölçülə bilən nəticəyə

Təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ekspert seçiminə, təşkilatdan nəticələrin qiymətləndirilməsinə qədər hər mərhələdə dəstək. Hər layihənin məqsədinə, auditoriyasına və gözlənilən nəticəsinə uyğun çevik yanaşma formalaşdırırıq.

NƏ TƏKLİF EDİRİK

Xidmətlərimiz

01

Təlim ehtiyaclarının analizi

  • İşçi və komanda ehtiyaclarının öyrənilməsi
  • Hədəf kompetensiyaların müəyyən edilməsi
  • Təlim məqsədlərinin formalaşdırılması
02

Proqram və ekspert seçimi

  • Təlim proqramı və gündəliyin hazırlanması
  • Təlimçi və sahə ekspertlərinin cəlbi
  • Tədris materiallarının koordinasiyası
03

Təşkilati və logistik dəstək

  • Məkan, avadanlıq və qidalanma
  • İştirakçı qeydiyyatı və kommunikasiyası
  • Onlayn və əyani formatların təşkili
04

Qiymətləndirmə və hesabat

  • İştirakçı rəylərinin toplanması
  • Öyrənmə nəticələrinin qiymətləndirilməsi
  • Yekun hesabat və inkişaf tövsiyələri
İSTİQAMƏTLƏR

Fərqli ehtiyaclara uyğun formatlar

Korporativ təlimlər

Əməkdaşların peşəkar bilik və bacarıqlarının inkişafına yönəlmiş, təşkilatın ehtiyaclarına uyğun hazırlanmış təlim proqramları.

Liderlik və idarəetmə proqramları

Rəhbər heyətin liderlik, strateji düşünmə, qərarvermə və komanda idarəetmə bacarıqlarını gücləndirən proqramlar.

Ekspert sessiyaları

Müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə aktual mövzuların müzakirəsi və praktiki bilik mübadiləsi.

Seminar və ustad dərsləri

Konkret mövzular üzrə praktiki biliklərin mənimsənilməsinə və real iş təcrübəsinin paylaşılmasına yönəlmiş interaktiv sessiyalar.

NECƏ İŞLƏYİRİK

Şəffaf və ardıcıl iş prosesi

01

Ehtiyacın müəyyənləşdirilməsi

Təşkilatın inkişaf prioritetlərini, iştirakçıların bilik və bacarıqlarını, təlimdən gözlənilən nəticələri müəyyənləşdiririk.

02

Proqramın hazırlanması

Müəyyən edilmiş ehtiyaclara uyğun təlim məzmununu, metodologiyanı və proqramın strukturunu hazırlayırıq.

03

Təlimin təşkili

Təlimçilərin seçilməsi, məkan, avadanlıq və digər təşkilati məsələləri koordinasiya edərək proqramın icrasını təmin edirik.

04

Nəticələrin qiymətləndirilməsi

İştirakçı rəylərini və təlim nəticələrini təhlil edir, proqramın effektivliyini qiymətləndiririk.